HADİSƏ

Bakıda hava limanında maşın yandı - FOTO/VİDEO (YENİLƏNİB)

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

32gun.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

***09:47

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının avtomobil dayanacağında “Opel Astra” markalı minik avtomobili yanıb.

32gun.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ətrafdakı avtomobillərə ciddi ziyan dəyib.

Oxşar Xəbərlər