HADİSƏ

Bakıda evdən 43 minlik OĞURLUQ - Saxlanılan var

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisindəki evlərin birindən 25000 dollar (təxminən 42.500 manat) və 200 avro (təxminən 338 manat) oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.

Oxşar Xəbərlər