HADİSƏ
FOTOYA DİQQƏT! Bu şəxs saxlanıldı Uşaqlara yaxınlaşıb, zor tətbiq edərək...
Xətai rayonunda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.
32gun.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda dəstə üzvləri yetkinlik yaşına çatmayan 2 nəfərə qarşı soyğunçuluq edib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər.