HADİSƏ
Kişi qəzada öldü, meyiti 20 km aralıdan TAPILDI
Şəmkirdə yol kənarından tapılan meyitin kimə məxsus olması müəyyənləşib.
32gun.az lent.az-a istinadən xəbər verir ki, meyit Könüllü kənd sakini 39 yaşlı Məmmədov Yalçın Yaşar oğluna məxsus olub. Məlum olub ki, o, Şəmkir-Seyfəli yolunda yol-nəqliyyat hadisəsi zamanı hıəyatını itirib. Həmin yol isə meyit tapılan yerdən 15-20 km aralıdır.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarış işlədir keçirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ölümə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.