HADİSƏ

İsmayıllıda fərdi yaşayış evində YANĞIN (VİDEO)

İsmayıllı rayonunda fərdi yaşayış evində yanğın olub.

32gun.az-ın məlumatına görə, hadisə rayonun Cülyan kəndi ərazisində baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yarımtikili evdə yaşayış olmadığı üçün hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər