HADİSƏ
Tarlada 12 yaşlı yeniyetmənin meyiti tapıldı
Türkiyədə tarladan 12 yaşlı oğlanın meyiti tapılıb.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, yeniyetmənin sinəsindən tüfənglə vurulduğu müəyyən edilib.
Tarlada atəş səsləri eşidən sakinlər təcili yardım qruplarına məlumat verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ömər