SOSIAL

“Titanik Tofiq”in "Messenat" holdinqinin yenə vergi borcu üzə çıxdı

“Messenat” Holding Şirkətlər qrupunun dövlətə  vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən holdinqin hazırki vergi borcu 31 min manatdan çoxdur (31623.75 AZN).
Nizamnamə kapital 1100AZN olan şirkətin qanuni təmsilçi İsmayıl İsayev Avdlbari oğludur.

Mətbutada gedən məlumata görə, əslində isə şirkət “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevə məxsusdur.

MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə – “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC, “İmişli Dəmir Beton” ASC, “Muğan Su Elektrik Stansiyası” ASC, “Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC, “Titanik” MMC, “Mühafizəçi” MMC, “Marka LTD” MMC, “Viləş-A.A” MMC, “Viləş-M.A” MMC, “Kommunal” MMC, “Aristokrat-İnşaat” MMC, “Həbibli-LTD” MMC, “GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.

Hətta 2020-ci ildə “Messenat Holdinq-Şirkətlər Qrupu” MMC vergi borcuna görə məhkəməyə verilib.

Nilay

Oxşar Xəbərlər