MƏDƏNİYYƏT - ŞOU

Məşhur azərbaycanlı şair vəfat etdi (FOTO)

Azərbaycan şairi, həm fars, həm də türk dillərində yazan Yədullah Məftun Əmini cümə axşamı, azər ayının 10-da 96 yaşında vəfat edib.

Məftun Əmininin ailəsi onun ölüm səbəbini ürək dayanması olaraq açıqlayıb.

Məftun Əmini 1305-ci ildə Qərbi Azərbaycanın Sayın Qala şəhərində anadan olub. Tehran Universitetində hüquq təhsili alıb və uzun illər Ədliyyə Nazirliyində işləyib.

Onun 1330-cu illərdə nəşr olunan ilk şeirləri klassik üslubda olub, sonra isə yeni formalara keçib.

"Göl", "Çovğun", "Nar", "Gizli fəsil" və "Şansın üzüm bağı" Məfotun Əmini nəşr etdirdiyi kitabların adlarıdır. "Aşıqlı karvan" poeması da bu şairin türk dilində yazdığı şeirlərdəndir.

Ötən il şairin öz həyatından bəhs etdiyi "Məftun Əmini ilə söhbət" kitabı Tehranda işıq üzü görüb. //azxeber.com

Loading...

Oxşar Xəbərlər