Tanınmış müğənni Maldiv adalarında bikinidə poza verib
Ukraynalı müğənni Ani Lorak çimərlikdə bikinidə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.
32gun.az bildirir ki, Sənətçi Maldiv adalarında istirahət edərkən həyat yoldaşı İsaak Vidjrak tərəfindən lentə alınıb.
Müğənni paylaşımında istirahətin ona ilboyu enerji verdiyini qeyd edib: “Bir il üçün batareyalarımı doldurdum. Lentə bir az günəş göndərirəm. Qarşıda yeni relizlər, yeni mahnılar var. Sizinlə görüşü səbirsizliklə gözləyirəm”.
Lorak formada qalmaq üçün mütəmadi olaraq idman zalına getdiyini və qidalanmasına nəzarət etdiyini deyib. Onun sözlərinə görə, həyat yoldaşının atletik bədəni onu da motivasiya edir və bu səbəbdən çox yeməməyə çalışır.
Qeyd edək ki, Ani Lorak 2025-ci ilin mart ayında İsaak Vidjrakla rəsmi nikaha daxil olub. Özünü afrikalı şamanların nəslindən sayan ispan əsilli Vidjrakla müğənni ilk dəfə Yunanıstanda tanış olub. O, sosial şəbəkələrdə özünü “holistik wellness eksperti” və “müsbət karma yaradıcısı” kimi təqdim edir. Vidjrakın əvvəlki münasibətindən bir oğlu və bir qızı var, hazırda isə İbizada yaşayır.
Ani Lorak əvvəlki həyat yoldaşı, Türkiyə vətəndaşı Murat Nalçacıoğlu ilə təxminən 10 il evli olub. Cütlük 2019-cu ildə rəsmi olaraq boşanıb. Müğənni hazırda onlardan olan 14 yaşlı qızı Sofiyanı böyüdür.
Nilay