SOSIAL

Keçmiş bələdiyyə sədri Reklam Agentliyini məhkəməyə VERDİ

"AGROVİT" MMC Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Şəki Regional Reklam İdarəsini məhkəməyə verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsinə təqdim olunan məhkəmə işinin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən - digər məsələlərdən ibarətdir.

Bildirək ki, Nizamnamə kapitalı 20 AZN olan Agrovit" MMC-nin qanuni təmsilçisi Cəfər Əliyev Hacıəli oğludur. Əldə etdiyimiz məlumata görə, Cəfər Əliyev Zaqatala rayonu Əliabad bələdiyyəsinin sabiq rəhbəridir.

Nilay

Oxşar Xəbərlər