Elçin Quliyev yanğın baş verən əraziyə getdi
Dövlət Sərhəd Xidməti DSX Akademiyasının binasında başverən yanğın barədə məlumat yayıb.
DSX Məlumat Mərkəzindən 32gun.az-a verilən məlumata görə, dekabrın 6-da saat 16:40-da Akademiyanın əsas korpusunda yanğın hadisəsi baş verib.
Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.
Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.
Akademiyanın şəxsi heyəti arasında xəsarət alan yoxdur.
Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.