HADİSƏ

Polkovnikin qəzaya düşdüyü yerdə daha bir DƏHŞƏTLİ HADİSƏ (FOTO + VİDEO)

Ötən həftə aktyor və model Özge Ulusoyun atası, ehtiyatda olan polkovnik Haydar Ulusoyun qəzaya düşdüyü Ankara Günəş bulvarında daha bir yol qəzası baş verib.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı qız yolu keçərkən faciəvi şəkildə həyatını itirib.

Özge Ulusoy'un babasının öldüğü yerde bir korkunç kaza daha! Genç kız feci şekilde can verdi

Belə ki, saat 18.30 radələrində S.A.Ç.-nin idarə etdiyi avtomobil yolu keçmək istəyən T.C.-yə çırpılıb. Vətəndaşların xəbəri üzərinə hadisə yerinə təcili yardım qrupları sövq edilib. İlk müdaxilədən sonra 15 yaşlı qız Bilkent Şəhər Xəstəxanasına yerləşdirilib. Edilən müdaxilələrə rəğmən, onu xilas etmək mümkün olmayıb.

İddialara görə, qəzadan biraz əvvəl Ö.F.Ş. adlı digər şəxs gənc qız avtomobillə vurub. Hadisənin araşdırılması ilə əlaqədar təhlükəsizlik kameralarına baxılıb. Və hər iki sürücü polis tərəfindən saxlanılıb.

Özge Ulusoy'un babasının öldüğü yerde bir korkunç kaza daha! Genç kız feci şekilde can verdi

Aktirsa Özge Ulusoy və ailəsi

Nurlan Şiraliyev

Oxşar Xəbərlər