SOSIAL

Azərbaycanın Milli Qəhrəmanının şirkəti gömrük qaydalarını pozdu

"Qızıl Ulduz 2001" MMC barəsində protokol hazırlanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 10.00 AZN olan şirkətin qanuni təmsilçisi, Zabit Quliyev Adil oğludur. 07.05.2020-cı ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani, ev 39, m. 2A-dır.

Əldə etdiyimiz digər məlumata görə, Zabit Adil oğlu Quliyev I Qarabağ müharibəsinin iştirakçısıdır. O, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Xatırladaq ki, Quliyev Zabit Adil oğlu 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdür.

Nurlan Şiraliyev 

Oxşar Xəbərlər