HADİSƏ
26 yaşlı gənci küçənin ortasında GÜLLƏLƏDİLƏR (VİDEO)
Türkiyənin Sakaraya bölgəsində 26 yaşlı gəncin ölümü ilə nəticələnən mübahisə baş verib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, gənclər arasında yaranan mübahisə birinin digərini silahla vurması ilə nəticələnib.
Dekabrın 20-si gecə saatlarında yaşanan qanlı olaydan sonra İbrahim Türer adlı gənc müalicə aldığı xəstəxanada həyatını itirib.
26 yaşlı gənci güllələyən şəxslərin hadisə yerindən qaçma anları, ətrafdakı təhlükəsizlik kameralarına yansıyıb. Polisin araşdırmaları nəticəsində 3 nəfər şübhəli müəyyən edilib. Onlardan ikisinin şəxsiyyəti bəlli olub. Onlar saxlanılaraq həbs edilib.
Nurlan Şiraliyev
