HADİSƏ
Türkiyədə hərbi maşın qəzaya düşdü - 6 əsgər yaralandı (VİDEO)
Diyarbəkir-Silvan yolunda hərbi maşın qəzaya düşüb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində zirehli maşın aşıb.
Qəza zamanı 6 əsgər yaralanıb. Yaralılar ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Hazırda vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Nurlan Şiraliyev

