HADİSƏ

27 yaşlı jurnalist 3 metrlik divardan tullanaraq həyatını itirdi - VİDEO

Halk TV-nin YouTube koordinatoru 27 yaşlı Uğur Yanıkel qaçaraq 3 metrlik divardan yerə tullanıb. O, beton döşəməyə yıxılaraq hərəkətsiz qalıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə cümə günü saat 22.30 radələrində İstanbuldakı parklardan birində baş verib. 27 yaşlı gənc ilkin müdaxilədən dərhal sonra xəstəxanaya aparılıb. Ağır yaralanan U.Yanıkel əməliyyat zamanı dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Onun divardan atladığı anlar kameralara əks olunub. Hadisədən sonra polis tərəfindən araşdırma başladılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər