Məşhur şirkət iş adamını məhkəməyə verdi
"AZ FP CO LTD" MMC İş adamı Xəqani Zalovu məhkəməyə verib.
32gun.az-ın məlumatına görə, məhkəmə işinə Elşən Abdullayevin sədrliyi ilə Şirvan Kommersiya Məhkəməsində baxılacaq.
Məhkəmə işinin mahiyyəti - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələrdir.
Bildirək ki, Zalov Xəqani Çingiz oğlu “KARPET-D” MMC-nin qanuni təmsilçisidir. “KARPET-D” MMC 13.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov, ev 14, m. 52 ünvanında yerləşir. Eyni zamanda, iş adamına məxsus şirkət bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olmuşdur. Onu da bildirək ki, eyni gündə, eyni ünvanda, eyni nizamnamə kapitalı ilə Zalov Xəqani Çingiz oğlunun qanuni təmsilçi olduğu daha 4 şirkət də qeydiyyatdan keçib. Bunlar "GOLDEN LUKS" MMC, "KURYER TƏCHİZAT" MMC, "VESPA TƏCHİZAT" MMC və "TURBO SERVİCE" MMC adlı şirkətlərdir.
Qeyd edək ki, "AZ FP CO LTD" MMC-nin qanuni təmsilçisi Azər Vahabzadə Adil oğludur. Şirkətin nizamnamə kapitalı 41131038 AZN-dır. 21.04.2006-cı ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ, HÖKMƏLİ ŞTQ (BAKI-ŞAMAXI ŞOSSESİ), ev 15-ci km-dir.
Nilay