HADİSƏ
Bakıda məşhur müğənninin “Range Rover”indən 6 min manat oğurlandı
Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Bu barədə 32gun.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.