HADİSƏ

2 yaşlı uşaq və atası quyuya düşdü - İkisi də öldü (VİDEO)

Türkiyənin Manisa bölgəsində 2 yaşlı uşaq və atasının cəsədi 50 metrlik quyudan tapılıb.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, ailənin sözlərinə görə, azyaşlı yarpaq toplamaq üçün gəzərkən parkın ərazisindəki quyuya düşüb. Azyaşlının ardınca onu xilas etmək üçün quyuya tullanan 35 yaşlı ata da həyatını itirib. 2 yaşlı Batu Demir quyuya düşməzdən öncə, "Evə gedək, yoruldum" sözlərini söyləyib.

Cəsədləri quyudan çıxarmaq üçün əraziyə təchizat və texniki heyət cəlb edilib. 10 saatlıq axtarışın sonunda hər ikisini meyiti quyudan çıxarılıb.  Aparılan araşdırmalardan sonra quyunun qanunsuz qazıldığı üzə çıxıb. Hadisə ilə əlaqədar qanunsuz qazma işləri aparan V.Ç. adlı şəxs saxlanılıb. Araşdırmalar davam edir.

Nilay

Oxşar Xəbərlər