HADİSƏ

Silahlı qadın polislə ATIŞDI - Güllələndi

Rus qadın polislə atışıb.

32gun.az Lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 6-na keçən gecə Murmansk şəhəri, Kolski prospektində baş verib.

Əlində silahla gəzən rus qadın polislərin diqqətini çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona tərəf gələrək, silahını atmağı əmr ediblər. Lakin qadın cavab olaraq atəş açıb.

Qadın cavab atəşi ilə yaralanıb. Onun hazırkı vəziyyəti barədə məlumat verilmir.

Oxşar Xəbərlər