DÜNYA
Yanğınsöndürmə məntəqəsini partlatdılar
Rusiyanın elan etdiyi atəşkəsdən əvvəl Xersonda yanğınsöndürmə məntəqəsinə edilən hücumda bir nəfərin öldüyü bildirilib.
32gun.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlama verib.
O bildirib ki, Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb, hücum nəticəsində bir yanğınsöndürən ölüb, dörd nəfər yaralanıb.
Geraşenko qeyd edib ki, hücum zamanı yanğınsöndürmə texnikası və bina zədələnib.
Nilufər