HADİSƏ

Bakıda avtobusla azyaşlının üstündən keçdi - VİDEO

Bakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən 32gun.az-a bildirilib ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Oxşar Xəbərlər