HADİSƏ

Gənc həkim evində ölü tapıldı - İntihar etdiyi güman edilir (FOTO)

Dokuz Eylül Universiteti Tibb Fakültəsi Xəstəxanasının həkimi yaşadığı evdə ölü tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir müddət ondan xəbər ala bilməyən yaxınları polisə müraciət edib. Evə baxış zamanı həkimin öldüyü bəlli olub.

İlkin araşdırmalardan sonra Dr. Muhittin Dəmirin anestezik dərman qəbul edərək intihar etdiyi ortaya çıxıb.

Qeyd edək ki, gənc həkim 2018-ci ildə keçirilən Tibb İxtisas üzrə qəbul imtahanında birinci yeri tutub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər