HADİSƏ
Qəribə HADİSƏ! Evə girən oğrular görün nə etdi (VİDEO)
Türkiyədə Melih Özdemirə məxsus evdən 20 gündə iki dəfə oğurluq edilib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, yanvarın 12-də baş tutan sonuncu oğurluq zamanı qəribə hadisə baş verib.
Belə ki, ev sahibi işdən geri dönərkən evinə məxsus balkon qapısının yerində olmadığını görüb. Dərhal evə girən M.Özdemir əşyaların və 150 min lirə pulun oğurlandığını görüb.
Oğruların balkon qapısının plastik hissəsini əridərək evə daxil olduqları müəyyən edilib. Özdemir tərəfindən polisə məlumat verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Nurlan Şiraliyev