DÜNYA

Ukraynadakı helikopter qəzasının baş vermə səbəbləri - təxribat və ya...

Xəbər verdiyimiz kimi, yanvarın 18-də Ukraynanın paytaxtı Kiyevdə helikopter qəzası baş verib.

32gun.az xəbər verir ki, Ukrayna DİN qəzanın baş vermə səbəbi kimi iki ehtimal üzərində dayanır. Bunlar: təxribat və avadanlıqların sıradan çıxması ehtimallarıdır.

Bildirək ki, helikopterin uşaq bağçasına çırpılması nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Lubkoviç də daxil olmaqla 18 nəfər həlak olub. Onlardan 3-nün uşaq olduğu bildirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər