SOSIAL ÖZ XƏBƏR

Səhiyyə İdarəsinin 200 min manatlıq tenderinin qalibi məhkəməlik oldu

"BİKARDİ 2020" MMC barəsində protokol hazırlanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı şəhəri Xəzər rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 10.00 AZN olan şirkətin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızıdır. 26.08.2020-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov (ZİRƏ QƏS.), ev 2-dir.

Qeyd edək ki, "BİKARDİ 2020" MMC yarandığı müddətdən iki ay sonra Bakı şəhər Baş Səhiyyə İdarəsinin 200 min manatlıq tenderinin qalibi olub.

Nilufər

 

Oxşar Xəbərlər