DÜNYA 20 XƏBƏR

Ankara tələb etdi - Danışıqlar təxirə salındı

Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzv olmaq üzrə danışıqlar qeyri-müəyyən müddətə təxirə salınıb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, rəsmi Ankara bu tələblə çıxış edib.

Xatırladaq ki, ötən şənbə günü İsveçdə keçirilən mitinqlər zamanı Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran kitabı yandırılıb. Hadisə ilə bağlı açıqlama verən, Türkiyə XİN bunu İsveçin imzaladığı üçtərəfli memorandumun öhdəliklərinin açıq şəkildə pozulması adlandırıb. Diplomatik şöbə onu da qeyd edib ki, Stokholmda Quranın yandırılması Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsindən xəbər verir.

Nurlan

Loading...

Oxşar Xəbərlər