
Ruanda ordusu ölkənin hava məkanını pozan döyüş təyyarəsini vurub.
32gun.az yerli mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 17.03-də Konqo Demokratik Respublikasına məxsus “Sukhoi-25” tipli döyüş təyyarəsi Ruandanın hava məkanını 3 dəfə pozub.
Bildirilir ki, atəşə məruz qalan təyyarə Qoma şəhərinə məcburi eniş edib. Təyyarədə baş verən yanğın hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb.
Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, iki ölkə arasındakı gərginlik pik həddə çatıb.
Nurlan Şiraliyev