
Vanda sahibsiz it Mete Durna adlı oğlana hücum edib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hücum nəticəsində boyun nahiyəsindən yaralanan uşağın köməyinə ətrafdakı vətəndaşlar gəlib.
Yaralı uşaq hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Vəziyyəti ağır olan Durnanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Nilufər