DÜNYA
Lukaşenko Belarus ordusunun yoxlanmasını əmr etdi
Belarus Silahlı Qüvvələrində gözlənilməz, genişmiqyaslı yoxlama başlayıb.
"32gun.az" Belta-ya istinadən xəbər verir ki, müvafiq əmri Respublika Prezidenti Aleksandr Lukaşenko verib.
"Belarusda Lukaşenkonun göstərişi ilə orduda gözlənilməz genişmiqyaslı yoxlama başlayıb. Hərbi yoxlama hərtərəfli və bir neçə mərhələdən ibarət olacaq", - agentlik yazıb.
Yoxlama tədbirləri elan olunmayacaq.