HADİSƏ

Astarada baş verən yanğın söndürüldü - YENİLƏNİB

Astarada meşədə baş verən yanğın söndürülüb. 

32gun.az-ın verdiyi xəbərə görə, rayonun ucqar dağ kəndi olan Pəlikeş ərazi icra vahidliyindən başlayan yanğın üç istiqamətdə 20 hektara yaxın ərazini əhatə edib. 

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və könüllü yerli sakinlər tərəfindən yanğın söndürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

*** 09:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən 32gun.az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər