DÜNYA ÖZ XƏBƏR

Almaniyanın İstanbuldakı Baş Konsulluğu bağlandı - SƏBƏB

Almaniyanın İstanbuldakı Baş Konsulluğu müvəqqəti olaraq bağlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb təhlükəsizlik məsələləri göstərilib.

Belə ki, bununla bağlı Almaniyanın İstanbuldakı Baş Konsulluğu "İnstaqram" hesabında paylaşım edib. Paylaşımda baş konsulluğun təhlükəsizlik səbəbi ilə bu gün bağlı qalacağı, həmçinin bu günə planlaşdırılan viza və pasport görüşlərinin də ləğv edildiyi bildirilib.

Qeyd edək ki, bir müddət öncə Niderland və İngiltərə BaşKkonsulluqları da bu addımı atıb.

Nurlan

Oxşar Xəbərlər