
Bir çox ölkədə ət restoranları olan dünya şöhrətli aşpaz Nusret Gökçenin restoranı Dubayda hər kəsi təəccübləndirən bir qadın qonaq olub.
Məşhur türkiyəli aşpaz Nusret Gökçenin Dubaydakı restoranında əlləri ilə ət yedizdirdiyi qadının "interpol"da qırmızı bülletenlə axtarışda olan milyarder 49 yaşlı İzabel dos Santos olduğu ortaya çıxıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hər yerdə axtarışda olmasına baxmayaraq əylənən və lüks məkanlarda görüntülər paylaşan Santos çirkli pulların yuyulması və 5 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur.
İzabel həmçinin Anqola prezidenti Xose Eduardo dos Santosun qızıdır. İzabel dos Santosa atasının prezidentliyi dövründə təxminən 5 milyon dollar dəyərində çirkli pulların yuyulmasında ittiham olunur.
2017-ci ilə qədər Anqolanı 38 il idarə edən keçmiş prezidentin qızı İzabel Afrikanın ən zəngin qadını tituluna sahibdir.
İnterpolun məlumatına görə, İzabel adətən Portuqaliya, İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində qalır. Ona qarşı irəli sürülən ittihamlara görə siyasi işgəncələrə məruz qaldığını deyən İzabel özünü təqsirli bilməyib.
Nüsrətin İzabelin İnterpol tərəfindən axtarılması ilə bağlı məlumatı olub-olmadığı məlum deyil.
Nilufər