DÜNYA ÖZ XƏBƏR

Jurnalistlər Cəmiyyətinin sədri qıza təcavüz etmək istədi - Hadisə anının görüntüləri üzə çıxdı (VİDEO)

Kahramanmaraş Aralıq dənizi Jurnalistlər Cəmiyyətinin sədri Serkan Ərcüment KUZU ofisində 20 yaşlı M.K adlı qıza cinsi təcavüz edib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  M.K. Serkan Ərcüment KUZUnun dəvəti ilə ofisinə gedib və ikisi birlikdə spirtli içki qəbul ediblər.  

İddiaya görə, cəmiyyətin sədrinin M.K-ya qarşı cinsi zorakılığa cəhd etməsi zamanı dava düşüb. . Davadan sonra ofisdən çıxan M.K. küçədəki kafeyə qaçaraq kömək istəyib.  Xəbərdarlıq üzərinə kafeyə gələn polislərlə bölməyə gedən M.K., ifadəsində Serkan Ərcüment KUZUNUN ona cinsi təcavüz etdiyini iddia edib.

M.K. polisə verdiyi ifadəsində spirtli içki qəbul etdikdən sonra rəqs edərkən adıçəkilən cəmiyyətin sədrinin onu öpdüyünü və müqavimət göstərdiyi zaman əlbəyaxa dava düşdüyünü bildirib.

Serkan Ərcüment KUZUNUN onu divana itələdiyini və paltarını çıxardığını iddia edən M.K, ifadəsində bunları deyib:

"Onu təpiklə itələməyə çalışdım, dedi ki, mənə qarşılıq ver, yoxsa səhərə qədər burada gözləyəcəyik. Mənə yaxınlaşanda əlimi üzünə atıb cırmaqladım. Müqavimət göstərərkən qışqırdım və “Kömək edin” deyərək kömək istədim. “Mənə cavab verməsən, səni burada öldürəcəm, bunu ailənə desən, ailəni də öldürəcəm. Mənə heç nə olmayacaq, sənə olacaq” dedi. 

Başımı bir neçə dəfə yerə vurdu, qışqırmamağım üçün əli ilə ağzımı bağladı məni boğmağa çalışdı. 

Bu əsnada mənə 'nə edirsən axmaq, səni öldürəcəm' dedi, o biri əli ilə alt paltarımı dizimə qədər endirib mənimlə cinsi əlaqədə olmağa çalışdı. Mən müqavimət göstərərkən onu təpiklədim və üzərimdən aşağı saldım”.

 M.K qeyd edib ki, bir müddət sonra qapının zənginin çalınıb. Bu zaman Serkan Ərcüment KUZUNUN qapını açmağa getməsini fürsət bilərək alt paltarını götürərək oradan  qaçıb.  M.K-nın şikayəti əsasında sədr saxlanılıb.

İttihamları qəbul etməyən şübhəli şəxs ifadəsindən sonra sərbəst buraxılıb.

Prokurorluğun etirazı ilə erkan Ərcüment KUZU haqqında həbs qətimkan tədbiri seçilib. Qərardan sonra əlaqə saxlanılması mümkün olmayan cəmiyyət sədirnin tutulması üçün  Polis istintaq başladıb.

Hadisənin sonrakı anlarının təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb.  Görüntülərdə gənc qızın küçəyə çıxaraq  kömək istədiyi qadınla  kafeyə daxil olduğu əksini tapıb. 

Ayxan

Ofiste genç kıza cinsel saldırı: İç çamaşırımı dizime kadar indirip ilişkiye girmeye çalıştı

Oxşar Xəbərlər