DÜNYA ÖZ XƏBƏR

AK Partiya üzvü Kurtulmuş canlı yayımda bu iddialara cavab verdi

AK Partiya sədr müavini Numan Kurtulmuş qatıldığı canlı yayımda HUDAPAR-ın (Hür Dava Partisi) Cumhur İttifaqına daxil olacağı ilə bağlı iddialardan danışıb.

32gun.az bildirir ki, Kurtulmuş, "Bu ittifaqın inkişafının Türkiyənin xeyrinə olduğuna inanırıq. İnşallah, digər partiyalardan HUDAPAR da bu ittifaqa qatılacaq. Xalq Alyansı olaraq bu istiqamətdə yürüşümüzə davam edəcəyik" deyib. 

Qeyd edək ki, Cumhur İttifaqı və ya CUMHUR 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır.

Nilay

Oxşar Xəbərlər