
İsveçin Malmö şəhərində 22 oktyabr 2022-ci il tarixində 4-ü 18 yaşından kiçik olan 5 nəfər uşaq parkında bir qadına təcavüz etməsi ilə bağlı məhkəmənin verdiyi qərar etirazlara səbəb olub.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, hücum edən 18 yaşlı gənc 5 il, 17 yaşlı iki təcavüzkar 1 il, 16 yaşlı təcavüzkar 10 ay, 15 yaşlı təcavüzkar 1 il şərti cəza alıb.
Məhkəmənin verdiyi cəzanın az olması narazılığa səbəb olub.
Olayla bağlı məlumatda bildirilir ki, reyd keçirən polis məmurları istifadə olunmayan və baxımsız qalan uşaq parkında qışqırıq səsi eşidib.
Hadisə yerinə yaxınlaşanda 5 nəfərin qaçdığını görüblər. Polislər vəziyyətə müdaxilə edib.
Adı açıqlanmayan qadının “Məni zorladılar” qışqırmasından sonra həmin şəxslər saxlanılıb. Qaranlıqda qadına hücum edən 5 nəfər saxlanılarkən, istintaqın təfərrüatları bəlli olub.
Nilay