
Türkiyənin Qəhramanmaraş bölgəsində baş verən 7,7 bal gücündə zəlzələdən sonra daha bir güclü zəlzələ baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, zəlzələ Qaziantep, Diyarbəkir, Şanlıurfa və Ankarada hiss olunub.
AFAD son zəlzələnin maqnitudasını 7,6 bal olaraq açıqlayıb. AFAD Zəlzələ və Riskin Azaldılması Baş direktoru Orhan Tatar, "Hər ikisi bir-birindən fərqlidir, zəlzələləri tətikləyir. Kahramanmaraşda bölgədə ciddi zəlzələ aktivliyi var. 6,5 - 6,7 bal gücündə artan təkanlar davam edəcək" - deyə qeyd edib.
Ayxan