DÜNYA ÖZ XƏBƏR

Bu VİDEO insanları ayağa qaldırdı - Dağıntılar altında qalan vətəndaşı ələ saldılar

Zəlzələdən sonra sosial şəbəkədə paylaşılan video sərt reaksiyalara səbəb olub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dağıntılar altında qalan vətəndaşlar onlara çatmaq üçün sosial şəbəkədə telefon nömrələrini paylaşıblar. Bunun ardınca səsli söhbət tətbiqi olan "Discord"da toplaşan bir qrup gənc özlərini xilasetmə qrupunun üzvü kimi tanıdaraq, kömək istəyən vətəndaşı ələ salıb.

Belə ki, gənclərdən kömək istəyən vətəndaşın son sözü, izləyənləri daha da hiddətləndirib. Dağıntılar altındakı şəxs, “Çox üşüyürəm” dediyi halda özlərini xilasetmə qrupunun üzvü kimi tanıdan gənclər onu ələ salmağa davam edib.

Nurlan

Kendilerini kurtarma ekibi olarak tanıtan bir grup genç, enkaz altındaki vatandaş ile dalga geçti

Oxşar Xəbərlər