DÜNYA ÖZ XƏBƏR

Türkiyədə zəlzələdən sonra küçələrdə BİABIRÇI OLAY: Supermarketlərə girib...(VİDEO)

Kahramanmaraşda baş verən tarixi fəlakətdən sonra dağıntılar gün boyu davam etdiyi üçün ölənlərin sayı gözlənildiyi kimi artmağa davam edir.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, digər tərəfdən, fəlakət bölgəsində qalan vətəndaşlar soyuq hava ilə yanaşı, aclıq və susuzluqla mübarizə apararaq həyatda qalmağa çalışırlar. Lakin axşam saatlarında Hataydan çəkilən görüntülər şəhərin tək probleminin bu olmadığını üzə çıxarıb. 

Videoda şəhərin mərkəzindəki ərzaq mağazalarında başlanan qarət açıq aydın görünür. Pəncərələri sındıraraq daxil olan marketlərdən təkcə ərzaq deyil, televizor kimi məhsulları da oğurlayan talançılar bu məhsulları evlərinə apararkən görüntülənib.

Alış-veriş arabaları ilə evlərinə məhsul daşıyanlar üzlərini kameradan gizlətməyi də diqqətdən yayınmayıblar.

Ayxan

Oxşar Xəbərlər