DÜNYA ÖZ XƏBƏR

Türkiyənin 3 bölgəsinə avtomobillərin girişi QADAĞAN EDİLDİ (VİDEO)

Türkiyənin Hatay, Maraş və Adıyaman rayonlarına xidməti maşınlardan başqa digər vasitələrin keçidi 48 saat müddətinə dayandırılıb. Həmçinin, eyni tədbirin zəruri olduğu halda digər vilayətlərdə də tətbiq olunacağı bildirilib.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay açıqlama verib.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

Nurlan

Oxşar Xəbərlər