
Zəlzələdən ciddi zərər görən "Hatayspor" super liqadan geri çəkilib.
32gun.az xəbər verir ki, klub bu barədə Türkiyə Futbol Federasiyasına (TFF) məktub ünvanlayıb.
TFF prezidenti Mehmet Büyükekşi verdiyi açıqlamada, "Hatayspor"un super liqadan çəkildiyini, mövsümün qalan matçlarını keçirə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, klubun bir futbolçusu (Kriştian Atsu), idman direktoru (Taner Savut) və tərcüməçisi (Emre Aslan) hələ də dağıntılar altındadır.
Onu da əlavə edək ki, Türkiyədə liqa matçları 3-4 mart tarixədək ertələnib. Bununla bağlı qərarı TFF prezidenti açıqlayıb.
Nurlan