SOSIAL

Prezidentin 60 illiyi münasibətilə yarış təşkil olundu - FOTOLAR

Şəhid Telman Abbasov adına 225 N-li məktəbdə Prezident  İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş məktəbdaxili “Şən Startlar” yarışması təşkil olunub.  

32gun.az-ın məlumatına görə,   bu gün - 20 dekabr VII  siniflər arasında yarış keçirilib.  Tədbirdə dövlət himni səsələnib, şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin direktoru Sevda Eminova rəşadətli ordunun, müzəffər Ali Baş Komandanın 60 illik yubileyi ilə bağlı geniş nitq söyləyib və yarışa start verilib. 

Sonda 7r – I YER, 7b – II YER, 7c – III YER - ə layiq görülüb. Qaliblər medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, 21 dekabr VI, 22 dekabrda isə V siniflər arasında yarış keçiriləcək. 

Oxşar Xəbərlər