MƏDƏNİYYƏT - ŞOU

Nadir Qafarzadə qardaş Türkiyədə yaşanan matəm günü özünə çal-çağır təşkil etdi - VİDEO

Müğənni Nadir Qafarzadə qardaş Türkiyədə matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib.

32gun.az demokrat.az-a istinadən bildirir ki, paytaxt restoranlarının birində konsertlə keçirilən ad günü məclisinə müğənni sənət dostlarını da dəvət edib.
Qeyd edək ki, fevralın 11-də sənətçinin 52 yaşı tamam olub.
Fevralın 11-də həm də qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar elan olunan matəmin 5-ci günüdür.
Xatırladaq ki, Nadir Qafarzadə bir neçə il öncə Xocalı faciəsi günü də konsert proqramı ilə çıxış etmişdi.  

Oxşar Xəbərlər