SOSIAL

Emin Əmrullayevin təklif etdiyi "fundraising" əslində nədir? - Təhsil ekspertindən münasibət (VİDEO)

"İlk növbədə qeyd edim ki, qanunvericilikdə də qeyd olunur ki, məktəblər ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hal hazırda bunun mexanizmi yoxdur. Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər". 

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Bunu 32gun.az-a açıqlamasında təhsil naziri Emin Əmrullayevin "fundraising", könüllü pul yığılması ilə bağlı  fikrinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır:

"Amma Mövcud qanunvericilik aktlarında valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub. Mövcud qaydalara görə valideynlərin həmin təşkilatlara üzv olması könüllüdür. Onlardan üzvlük haqqı yığılıb, bank hesabına keçirilir. Həmin məbləğin necə xərclənəcəyinə isə valideynlər qərar verirlər. Amma reallıq bundan tam uzaqdır.

Təhsil Naziri isə məhz bu istiqamətdə maraqlı olduqlarını qeyd edir. Yəni müvafiq təşkilat bunu könüllü etsin və əgər vəsait toplanacaqsa, bu şəffaf, hesabatlı formada həyata keçirilsin. Beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir. Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər.

Lakin bizim məktəblərimizdə hal-hazırda bu yoxdur. Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da da var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil, bu nəğd pul almaq formasında həyata keçirilmir. Təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər".

Nilufər

 

Oxşar Xəbərlər