SOSIAL

Prezidentin 60 illiyi münasibətilə keçirilən yarışın ikinci günü (FOTOLAR)

Şəhid Telman Abbasov adına 225 N-li məktəbdə Prezident  İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş məktəbdaxili “Şən Startlar” yarışının ikinci günündə VI siniflər mübarizə aparıb. 

Tədbirdə dövlət himni səsələnib, şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin direktoru Sevda Eminova rəşadətli ordunun, müzəffər Ali Baş Komandanın 60 illik yubileyi ilə bağlı geniş nitq söyləyib və yarışın ikinci gününə start verilib. 

32gun.az xəbər verir ki, yarışın  2-ci günü  6-cı siniflər arasında 1-ci yerə 6A, 2-ci yerə  6C, 3-cü yerə isə 6R komandaları yiyələnib. Qaliblər medal v ə diplomlarla təltif olunublar. 

Qeyd edək ki, 22 dekabrda isə V siniflər arasında yarış keçiriləcək. 

***

Həmçinin oxu: Prezidentin 60 illiyi münasibətilə yarış təşkil olundu - FOTOLAR

Oxşar Xəbərlər