DÜNYA ÖZ XƏBƏR

Taliban İranın səfirliyinin binasını ələ keçirdi - Foto

Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.
32gun.az bildirir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.

Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.

Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar.

Ayxan

Oxşar Xəbərlər