ÖZ XƏBƏR

"Dənizkənarı Bulvar İdarəsi” bitki toxumları alacaq – milyonluq satınalma planlaşdırılır

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi yaxın vaxtlarda geniş miqyaslı bitki toxumları satınalmasını həyata keçirməyi planlaşdırır.

32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 90.661,85 AZN-dir.
Satınalma çərçivəsində müxtəlif növ Ranunkulus və Pelargonium sortları əldə ediləcək. Siyahıya daxildir:
Ranunkulus asiaticus F1 Magic: qırmızı – 13.000 ədəd, çəhrayı – 13.000 ədəd, ağ – 11.000 ədəd, zərif çəhrayı – 15.000 ədəd, narıncı – 13.000 ədəd, şokolad – 12.000 ədəd
Ranunkulus asiaticus F1 Fireball – 20.000 ədəd
Pelargonium hortorum F1 Maverik Picotee al qırmızı – 31.000 ədəd
Pelargonium hortorum F1 Bulls Eye albalı – 32.000 ədəd
Pelargonium hortorum F1 BullsEye Somon (narıncı-çəhrayı) – 20.000 ədəd
Pelargonium hortorum F1 Bulls Eye qırmızı – 20.000 ədəd
Pelargonium hortorum F1 Ringo 2000 parlaq qırmızı – 23.000 ədəd, ağ – 18.000 ədəd, bənövşəyi – 39.000 ədəd
Pelargonium hortorum F1 Pinto Premium tünd çəhrayı – 39.000 ədəd
İdarədən bildirilib ki, bu satınalma bulvar və parkların abadlaşdırılması, həmçinin paytaxtın yaşıllaşdırılması işlərini genişləndirmək məqsədi daşıyır.
Ayaz 

 

Oxşar Xəbərlər