Frankfurtdan Mavrikiyaya uçan təyyarə güclü hava boşluğu zonasına düşüb.
32gun.az xəbər verir ki, bu barədə Almaniya Xəbər Agentliyi (DPA) məlumat yayıb.
Məlumata görə, sözügedən hadisə enişdən 2 saat əvvəl baş verib. Nəticədə 20 nəfər xəsarət alıb.
Həmçinin, turbulentlik ( gözlənilməyən hava axınının təyyarəni "atıb-tutmasıdır") zamanı təyyarənin kabinəsinin də zədələndiyi bildirilib.
Qeyd edək ki, təyyarə hava limanına uğurlu eniş edib.
Nurlan