DÜNYA ÖZ XƏBƏR

Mühafizəçinin atasının evində güllələnmiş meyiti tapıldı

Samsunda dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 34 yaşlı İlhan Yıldız adlı şəxs atasının evində tüfənglə vurulmuş halda ölü tapılıb.

Hadisə yerinə polis əməkdaşları sövq edilib. 

İlkin ehtimala görə, özəl mühafizə xidməti ilə məşğul olan  İlhan Yıldız özünə atəş açaraq intihar edib.

Şəxsin ölüm səbəbinin ekspertizadan sonra bəlli olacaq.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan

Oxşar Xəbərlər