
Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, saat 07.39 radələrində baş verən zəlzələnin dərinliyi 9,87 km olub.
Nurlan Şiraliyev